Couverture de BIZNESKAR

BIZNESKAR

BIZNESKAR

De : Fuad Muxtarov
Écouter gratuitement

Bizneskar biznesinizə kar olmaq, yəni faydalı olmaq üçün yaradılmış bir layihədir. Bizneskar kanalımızda cıxan bütün videoların podkast versiyasını və digər kanallarımızda olmayan əlavə məlumatı bu rəsmi kanalımızdan dinləyə bilərsiniz. Qonaqlarımız əsasən sahibkarlar, öz sahəsində ekspertlər və fenomen şəxslər iştirak edir və onlardan intervyu götürülür. Aparıcılar Fuad Muxtarov və Aytən Muxtarovadır.Copyright Fuad Muxtarov Economie
Épisodes
  • Aldanmamaq üçün nələrə diqqət etməli? Mebel sifarişi lotereyadır? | Vüsalə Həziyeva | Bizneskar
    Jun 22 2026
    Mebel sifarişi verərkən bir çox insan gözlədiyi nəticəni ala bilmir. Keyfiyyətsiz materiallar, gecikən təhvil, fərqli dizayn və gizli xərclər sifariş prosesini riskli edə bilər. Bəzən düzgün araşdırma aparılmadıqda mebel sifarişi həqiqətən də lotereyaya çevrilir. Bu videoda mebel alarkən aldanmamaq üçün nələrə diqqət etməli olduğunuzu, ən çox edilən səhvləri və düzgün seçim etməyin yollarını öyrənəcəksiniz.
    Afficher plus Afficher moins
    54 min
  • Azərbaycandan keçən beynəlxalq dəhlizlər ölkəmizi necə strateji mərkəzə çevirir? | Rauf Ağamirzəyev
    Jun 15 2026
    Azərbaycan coğrafi mövqeyi sayəsində Avropa ilə Asiyanı birləşdirən ən vacib nəqliyyat və ticarət qovşaqlarından birinə çevrilir. Ölkəmizdən keçən beynəlxalq dəhlizlər yükdaşımaların sürətini artırır, logistika xərclərini azaldır və Azərbaycanın qlobal iqtisadiyyatda rolunu gücləndirir. Bu videoda Orta Dəhliz, Şimal-Cənub və digər strateji marşrutların ölkəmiz üçün yaratdığı imkanları müzakirə edirik. Azərbaycanın gələcəkdə regionun əsas logistika və tranzit mərkəzi olma potensialını birlikdə araşdırın.
    Afficher plus Afficher moins
    52 min
  • Onlayn ödənişin gizli riskləri və sahibkarın çıxış yolu | Vüqar Cəfərov | Bizneskar
    Apr 3 2026
    Vüqar Cəfərov "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Vüqar Cəfərovdan Fuad Muxtarov götürür.

    Onlayn ödənişlər biznes üçün böyük rahatlıq yaratsa da, görünməyən riskləri də özü ilə gətirir. Bu videoda Vüqar Cəfərov onlayn ödəniş sistemlərində sahibkarların ən çox rastlaşdığı problemləri, təhlükələri və bu risklərdən necə qorunmalı olduqlarını izah edir. Əgər siz də biznes sahibisinizsə və ya onlayn satış edirsinizsə, bu mövzu sizin üçün həyati əhəmiyyət daşıyır. Pul itkisi, fırıldaqçılıq, texniki boşluqlar və yanlış idarəetmə – bunların hamısı biznesinizə ciddi zərər vura bilər. Videoda həm risklər, həm də praktik çıxış yolları paylaşılır:
    – Onlayn ödənişlərdə ən çox edilən səhvlər
    – Sahibkarların diqqət etməli olduğu məqamlar
    – Təhlükəsiz ödəniş sisteminin qurulması
    – Risklərin minimuma endirilməsi yolları Biznesinizi qorumaq və daha güvənli şəkildə böyütmək istəyirsinizsə, bu videonu mütləq izləyin. 🔔 Kanalımıza abunə olun və yeni biznes mövzularını qaçırmayın!









    BIZNESKAR digər sosial şəbəkələrdə izləyin: 👉 https://lnk.bio/bizneskar

    Tam videonun linki burada : https://youtu.be/y4sbPyL-CeY
    Afficher plus Afficher moins
    55 min
adbl_web_anon_alc_button_suppression_t1
Aucun commentaire pour le moment